"Əlbəttə ki, futzalçılarımız mükafat almalıdı" - Elxan Məmmədov

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan - Hollandiya matçından sonra Newsport.az-a açıqlama verib. Baş katib qazanılan tarixi nəticəni belə şərh edib:

"Oyun maraqlı alındı. Əsas odu uşaqlar arxayınlaşmadı və oyuna ciddi hazırlaşdılar. Belə də oldu, biz uduzmadıq. Bu nəticə reytinq xalımıza da təsir göstərəcək. Fanatlarımız da komandanı yaxşı dəstəklədi. Düzdü, millimiz Avropa çempionatında oynayıb. Amma Dünya çempionatında hələ ki, təcrübəmiz yoxdu. Dörd aylıq hazırlıq müddəti olacaq. Minimum dörd yoxlama görüşü keçirmək lazımdı. Tino Peresin komandada qalıb-qalmayacağına isə aydınlıq gətirəcəyik. Əlbəttə ki, futzalçılarımız mükafat almalıdı. Axı bu ən yaxşı nəticəmizdi. Bunu da futzal federasiyası ilə müzakirə edəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right