Marsel Lusvild: "Azərbaycan yığması ilə fəxr edə bilərsiniz"

"Komandam istəkli idi və əlindən gələni etdi. Ancaq oyunda qol vurmaqdan əlavə müdafiədə lazımdır. Bu gün rəqib bizdən üstün oldu".
Newsport.az-ın məlumatına görə, bunu futzal üzrə Hollandiya millisinin baş məşqçisi Marsel Lusvild deyib. Baş məşqçi dünya çempionatının "pley-off" mərhələsində Azərbaycan yığması ilə keçirilmiş cavab görüşündən sonra bunları bildirib: "Komandamdan razı qaldım. Hücum xəttində yaxşı çıxış etdik. Bizi çətin oyunun gözlədiyini bilirdik. İkinci hissədə qapıçını dəyişdim. Hər ikisi eyni səviyyəli qapıçıdır. Qollarda qapıçının səhvini görmədim. Bunlar komandanın yol verdiyi səhvlərin nəticəsidir. Gənc komandayla beynəlxalq səviyyədə addım atmaq çətindir. Bu səbəbdən fərq hiss olunur. Düşünürəm ki, finalda başqa qitələrin də güclü komandaları çıxış etsə də, Azərbaycan yığmasının qrupdan çıxma şansı var. Hollandiyada peşəkar yox, həvəskar liqadır. Hiss olunur ki, Azərbaycan tez-tez məşq edir, bizdə isə bu həftədə 1-2 dəfə baş verir. Üstəlik bizim oyunçular başqa işlə də məşğul olur".
 
M.Lusvild sonda Azərbaycan millisi haqda xoş sözlər söyləyib: "13 ildir Hollandiyada çalışıram və 8 ildir əsas millidə çalışıram. Səmimi deyirəm, sizin çox gözəl komandanız var və Azərbaycan yığması ilə fəxr edə bilərsiniz". 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right