"Azərbaycana uduzmaqla özümüzü çətin vəziyyətə saldıq"

"Almeredə Azərbaycan millisinə böyük hesabla məğlub olmaqla özümüzü çətin vəziyyətə saldıq. Cavab matçında işimiz həddindən artıq çətin olacaq. Bununla belə, heyəti dəyişmək niyyətim yoxdur".
Newsport.az-ın məlumatına görə, bu sözlər Hollandiyanın futzal millisinin baş məşqçisi Marsel Lusveldə məxsusdur. Olkəsinin mətbuatına danışan mütəxəssis Azərbaycan oyun haqqında fikirlərini bildirib. Dünya çempionatının pley-off mərhələsinin cavab görüşü çərçivəsində Bakıda Azərbaycan millisi ilə qarşılaşacaqları oyun haqda danışan Lusveld yığmamızın güclü rəqib olduğunu bildirib:

"Bilirəm ki, futzalçularım cavab görüşündə daha yaxşı oynaya bilər. Biz seçmə mərhələdə və yoldaşlıq görüşündə Portuqaliya ilə qarşılaşmışıq. Əlbəttə, Azərbaycan millisi güclü rəqibdir. Təəssüf ki, belə önəmli matçda Azərbaycana uduzduq. Lakin Bakıdakı oyuna tam hazır olmağa çalışacağıq".

Qeyd edək ki, Hollandiyada rəqibinə 5:1 hesabı ilə qalib gələn millimiz aprelin 12-də "narıncılar"la Bakıda üz-üzə gələcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right