Millimizin baş məşqçisi: Bizə problem lazım deyil

Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Tino Peres dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda Hollandiyaya qarşı keçirəcəkləri cavab pley-off matçı öncəsi hazırlıq planlarını açıqlayıb.

Newsport.az-ın məlumatına görə,o, bunları söyləyib:

"Aprelin 5-də cavab matçının hazırlığına start verəcəyik. Heyətdə heç bir itki yoxdur. İlk oyuna yollandığımız heyətlə hazırlaşacağıq. Hollandiya ilə cavab matçı öncəsi sınaq oyunu da keçirmək istəyirik. İlk oyundakı matçın nəticəsinə baxmayaraq, cavab görüşünə ciddi hazırlaşırıq. Əks halda bizim problemimiz ola bilər. Bu isə bizə lazım deyil".

Qeyd edək ki, Azərbaycan - Hollandiya matçı aprelin 12-də Bakı İdman Sarayında keçiriləcək. Millimiz səfərdəki oyunda bu rəqibinə 5:1 hesabıyla qalib gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right