Rövşən Hüseynli: Gözəl oyun sərgiləyib, tarix yazmalıyıq

Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli dünya çempionatına vəsiqə uğrunda Niderlanda qarşı keçirilmiş ilk pley-off matçını şərh edib.

Newsport.az-ın məlumatına görəo, 5:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:

"Hesaba baxsaq, bizim asan qələbə qazandığımızı düşünmək olar. Amma mənim fikrimcə, hollandlarla matç çox çətin alındı. Çünki rəqib oyunçular fərdi baxımdan çox güclü idilər. Xüsusilə də təkbətək epizodlarda. Tino Peres Niderland yığması barədə bizə ətraflı məlumat vermişdi. Bu rəqibə qalib gəlmək üçün istəkli, aqressiv oynamalıydıq. Çox pressinq tətbiq edirdik. Nəticədə də qollar vurduq, qalib gəldik. Bakıdakı cavab matçına gəlincə, arxayınlaşmaq olmaz. 5:1 hələ heç nədən xəbə vermir. Amma bütövlükdə, məsələni həll etdiyimizi demək olar. Sadəcə, cavab matçında da istəkli oynayıb, qələbə qazanmalıyıq. Gözəl oyun sərgiləməklə tarix yazmalıyıq. Bizə mükafat söz verilib, amma məbləği açıqlanmır. Bütün diqqətimiz oyuna yönəlib".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right