"Bakıdakı qarşılaşmada da, ən azı,..." - Tino Perez

“Yaxşı oynadıq. İstər müdafiədə, istərsə də hücumda nümayiş etdirdiyimiz oyundan razı qaldım. Rəqibin də etmək istədiklərini sanki əvvəlcədən bilərək  önləyici tədbirlər görməyi bacardıq”. 

Newsport.az-ın məlumatına görə,  bu sözləri futzal millimizin baş məşqçisi Tino Perez  dünya çempionatının seçmə mərhələsinin play-off  mərhələsinin Hollandiya ilə ilk oyunundan (5:1) sonra deyib.

İspaniyalı mütəxəssis mərhələ adlamaq üçün növbəti oyunda da bu cür mübarizə aparmaq lazım olduğunu bildidib: “Bununla belə, sakitləşmək, cavab oyununa rahat çıxmaq olmaz. Bakıdakı qarşılaşmada da, ən azı, bugünkü kimi aqressiv və istəkli olmalıyıq. Yalnız cavab oyununda sərfəli nəticə əldə edə bilsək, dünya çempionatına vəsiqə qazanmağımızı yüksək əhval-ruhiyyə ilə qeyd edə bilərik”.

affa.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right