Hollandiyanın millimizlə oyun üçün heyəti bəlli oldu

Dünya çempionatının pley-off mərhələsində Azərbaycanla qarşılaşacaq futzal üzrə Hollandiya millisinin yekun heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, "narıncılar"ın baş məşqçisi Marsel Lusveld 14 futzalçını müəyyənləşdirib.  

Hollandiya millisinə dəvət edilən futzalçılar bunlardır: Tevfik Ceyar, Muhamed Darri, Camal Əl Qanuti, Mauel Kuyk, Ennes van Maasbommel, Muhamed Attaibi, Amir Molkaray, Mats Belseber, Anes Besliya, Yoşua Sant-Yuste, Zakaria Armani, Karim Mossaui, Said Buzambu və Zaid Əl-Morabiti

Qeyd edək ki, Hollandiya və Azərbaycan yığmaları arasında ilk oyun martın 22-də Almere şəhərində, cavab görüşü isə aprelin 12-də Bakıda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right