Azərbaycan çempionatında mövsüm qalmaqalla start götürdü

Futzal üzrə ölkə çempionatında yeni mövsüm qalmaqalla start götürüb.

Newsport.az-ın Azfutzal.com-a istinadən verdiyi məlumata görə, “Fənərbaxça” və “Xəzər Aylands” arasında baş tutan görüşdə insident yaşanıb.

Matçın sonuna yaxın hakimlərin idarəçiliyindən narazı qalan “Xəzər Aylands”ın baş məşqçisi Elnur Qəmbərov komandasını meydandan çıxarmağa çalışıb. Yalnız Futzal Federasiyasının pezidenti Zaur Axundovun işə qarışmasından sonra oyun davam etdirilib.

Qeyd edək ki, matç “Fənərbaxça”nın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right