İspaniya Rusiyayanı darmadağın etdi

Serbiyanın paytaxtı Belqradda təşkil olunan futzal üzrə Avropa çempionatının final mərhələsi başa çatıb.

Newsport.az-ın məlumatına görə, qitə birinciliyinin həlledici oyununda İspaniya yığması Rusiya ilə qarşılaşıb.

Matç ispanların 7:3 hesablı qələbəsi ilə başa çatıb. Nəticədə, İspaniya yığması tarixində yeddinci dəfə Avropa çempionu adını qazanıb.

AÇ-2016-nın üçüncü yer uğrunda oyununda isə turnirə ev sahibliyi edən Serbiya Qazaxıstanla qarşılaşıb. Bu görüşdə qazaxlar 5:2 hesabıyla üstün olublar.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının 1/4 finalında Rusiyaya 2:6 hesabıyla uduzaraq, mübarizəni dayandırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right