Azərbaycan yığmasının üzvü 10 gün məcburi istirahət edəcək

Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov zədələnib.

Newsport.az-ın məlumatına görə, o, AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirilmiş oyunda (2:6) sıradan çıxıb.

Oyunçunun saytımıza verdiyi məlumata görə, hazırda o, zədəsini sağaltmaqla məşğuldur. Bu üzdən Bakıdakı klinikalardan birində yatan futbolçunun təqribən 10 gündən sonra sıraya dönməsi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right