"Şanslar bərabərdir"-Millimizin baş məşqçisi

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Peres DÇ-2016-nın pley-off mərhələsinin püşkünün nəticəsi ilə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, mundiala vəsiqə qazanmaq üçün Hollandiya səddini keçməli olacaq komandamızın çalışdırıcısı bunları söyləyib:

“Hollandiya yığmasının heyətində Mərakeş əsilli futzalçılar çoxluq təşkil edir. Komandanın oyun dəst-xətti haqda geniş məlumata sahib deyilik, amma birinci oyuna qədər lazımi informasiyanı əldə edəcəyik. Yalnız son oyunlardakı nəticələri haqda məlumatlıyıq. Şanslara gəldikdə, 50-nin 50-yə - bərabər dəyərləndirirəm. Birinci oyundan sonra yekun fikir bildirmək olar. İlk oyunu səfərdə keçirəcəyik ki, bunu da komandamız üçün əlavə üstünlük hesab edə bilərik”. (AFFA)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right