Azərbaycan Niderlanda rəqib oldu

Bu gün futzal üzrə dünya çempionatının "pley-off" mərhələsinin püşkatma mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, Serbiyanın paytaxtı Belqradda keçirilən mərasimdə Azərbaycan millisinin  rəqibi müəyyənləşib. Millimiz Hollandiya yığması ilə qarşılaşacaq.

Sloveniya - İspaniya
Slovakiya - Ukrayna
Polşa - Qazaxıstan
Serbiya - Portuqaliya
Belarus - Rusiya
Hollandiya - Azərbaycan
Macarıstan - İtaliya

"Pley-off" mərhələsinin oyunları martın 22 və aprelin 16-da keçiriləcək. 

Qeyd edək ki, millimiz "pley-off" səddini də keçəcəyi təqdirdə, tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right