"Avro-2016": ilk finalçı müəyyənləşdi

Serbiyada keçirilən futzal üzrə Avropa çempionatında yarımfinal mərhələsinin oyunlarına start verilib.

Newsport.az saytının məlumatına görə, ilk oyunda meydan sahibləri Serbiya yığması 1/4 finalda millimizi mübarizədən kənarlaşdıran Rusiyanı qəbul edib.

Oyun Rusiya yığmasının qələbəsi ilə başa çatıb. Rəqibinə 3:2 hesabı ilə qalib gələn ruslar finala yüksələn ilk komanda olub.

Qeyd edək ki, digər yarımfinal cütündə İspaniya Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right