"Hesabın belə olacağını gözləmirdik" - Millimizin qapıçısı

"Oyunun belə çətin keçəcəyini gözləyirdik. Rusiya güclü komandadır, oyun təcrübələri bizdən çox üstündür. Ancaq hesabın belə olacağını gözləmirdik".

Bu sözləri futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli Avropa çempionatının 1/4 finalında Rusiya yığmasına 2:6 hesabı ilə uduzaraq, mübarizəni dayandırdıqları oyundan sonra Newsport.az saytına açıqlamasında deyib.Daha sonra gənc qapıçı oyun haqda fikirlərin belə izah edib :

"Oyun təcrübəmiz azdır. Bir qədər, necə deyim, həyəcanlıyıqmı, yorğunluqdumu, bilmirəm nədir. Müdafiədə səhvlərimiz var və bunun üzərində çalışmaq lazımdır. İşləmək lazımdır ki, dünya çempionatının "pley-off" mərhələsində elə səhvlər etməyək. Deməzdim ki, baş məşqçi 5-ci oyunçunu meydana tez buraxdı. Çünki Rusiya güclü müdafiə olunur və taktikaları var. Sadəcə, 5 nəfər olanda səhvimizdən qolu tez buraxdıq".

R.Hüseynli Avropa çempionatının ən yaxşı qapıçısı seçilmə ehtimalına da münasibət bildirib:

"Seçilsəm, bu, tək mənim yox, bütün Azərbaycanın uğuru olar. Mən buna çox da inanmıram. Amma belə bir şey olsa, mənim üçün çox böyük uğur olacaq. Əsas rəqibim təbii ki, İtaliya yığmasının qapıçısı Stefano Mammarella, eləcə də İspaniya millisinin qolkiperi Pako Sedano və Rusiyadan Qustavodur. Güclü və təcrübəli qapıçılar çoxdur. Baxmayaraq ki, 24 yaşım var, adımın onların sırasında çəkilməsi mənim üçün böyük uğurdur.Bundan sonra da çalışacam ki,daha da yaxşı çıxış edim və milli komandamıza xeyir verim".

Qeyd edək ki, Rövşən Hüseynli Avropa çempionatında top qurtarışlarının sayına görə rekordçudur. O, qrup mərhələsində İtaliya ilə oyunun ilk yarısında 15 zərbəni dəf edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right