Millimizin baş məşqçisi: "Uduzmusansa, çox danışmaq münasib deyil"

“İlk növbədə, Rusiya millisini qələbə qazanması və növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Futzal üzrə milli komandamızın baş məşqçisi Tino Peres “Avro-2016”nın 1/4 finalında Rusiyaya uduzduqları oyundan (2:6) sonra deyib.

İspaniyalı mütəxəssis turnirlə vidalaşdıqları oyunu belə şərh edub: “Bu fikrimi növbəti dəfə səsləndirirəm ki, məğlub olmusansa, çox danışmaq münasib deyil. Əlbəttə, uduzmaq istəmirdik. Müəyyən epizodlarda qol vurmaq şanslarımız da oldu, lakin yararlana bilmədik. Rəqib isə təcrübəsi hesabına qələbə qazana bildi. Hesabın böyük olması isə son 2 dəqiqədə daha çox risk etməyimizlə bağlı idi”.(affa.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right