"Səhv etməməliyik,buna haqqımız yoxdu" - Millimizin kapitanı

Futzal üzrə Azərbaycan yığmasının kapitanı Rizvan Fərzəliyev AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:"İstənilən rəqibə qarşı oynamaq olar. Bizim Rusiya ilə oyunda qələbə qazanmaq şansımız var. Sadəcə, diqqətli oynamalı və çox çalışmalıyıq.Səhv etməməliyik,buna haqqımız yoxdu.Rəqibimiz güclü komandadır.Rəqib düşərgədə də brazliyalı oyunçular var,yüksək səviyyəli oyunçulardı.Amma biz buna baxmayaraq öz oynumuzu oynayıb qələbə qazanmağa çalışacayıq.Oyunlarına baxıb zəif və güclü cəhətlərin baş məşqçi ilə bir yerdə təhlil etmişik.Rusların zəif cəhətləri müdafiə olunmaqlarıdı biz onların zəif mövqeylərindən yararlanıb qələbə qazanmağa çalışacayıq.Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov bu gün komada ilə görüşüb,öz töhvələrini verdi və qələbə qazanıb xalqımızı sevindirməli olduğumuzu bildirdi.Tarix yazmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Rusiya - Azərbaycan görüşü bu gün Bakı vaxtı ilə 21:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right