"Əlimizdən gələnindən də artığını edəcəyik ki,..." - Zeynal Zeynalov

Futzal üzrə Azərbaycan yığmasının futzalçısı Zeynal Zeynalov AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:"İstənilən rəqibə qarşı oynamaq olar. Bizim Rusiya ilə oyunda qələbə qazanmaq şansımız var. Sadəcə, diqqətli oynamalı və çox çalışmalıyıq. Rəqibimiz güclü komandadır.Yüksək səviyyəli ligonerləri var,amma biz buna baxmayaraq öz oynumuzu oynayıb qələbə qazanmağa çalışacayıq.Oyunlarına baxıb zəif və güclü cəhətlərin baş məşqçi ilə bir yerdə təhlil etmişik.Baş məşqçi bu oyunla bağlı öz tapşırıların verib.Əlimizdən gələnindən də artığını edəcəyik ki,qələbə qazanıb xalqımızı sevindirey".

Qeyd edək ki, Rusiya - Azərbaycan görüşü bu gün Bakı vaxtı ilə 21:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right