Joze Alesio: Azərbaycan İtaliyaya qarşı oynadığı kimi çıxış etsə, Rusiyaya qalib gələcək

Futzal üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi, hazırda Qazaxıstan yığmasını çalışdıran Joze Alesionun müsahibəsi

- Komandanızın Avropa çempionatındakı çıxışından razısınız?
- Komandamıza çox az adam inanırdı. Amma məğlub olmağımıza baxmayaraq, Rusiya ilə yaxşı oyundan sonra, xüsusilə də Xorvatiya üzərindəki qələbədən sonra bizə hörmət etməyə başladılar.

- Azərbaycan yığmasının qrup mərhələsindəki çıxışı barədə nə deyərdiniz?
- İtaliyaya 3 cavabsız qolla uduzsalar da, oyunları xoşuma gəldi. Son Avropa çempionunu dayandırmaq mümkün olmadı, amma uğurlu oyun sərgilədilər. Amma onu başa düşə bilmədim ki, Çexiyaya qarşı niyə zəif çıxış etdilər (6:5). Həmin matçda da İtaliyaya qarşı oynadıqları kimi çıxış etsəydilər, asanlıqla qalib gələrdilər. Çexlərlə qarşılaşmanın yalnız ilk beş dəqiqəsini fərqləndirmək olar.

- Komandamız çoxmu dəyişib?
- Çox dəyişdiyini deməzdim. Amma bütövlükdə, xoşuma gəldi. Sürət, oyun təşkilatçılığı var. Tino Peres güclü mütəxəssisdir. Ona görə də bu məqamlar təəccüblü görünmədi.

- Bu komandanı sizin rəhbərlik etdiyiniz iki il əvvəlki kollektivdən yaxşıdır?
- Fikrimcə, hə. Onlar indi daha güclüdürlər. Mən Azərbaycanda çalışarkən tez-tez dəyişiklik etmək lazım olduğunu bildirirdim. İndi yığmada Rövşən Hüseynli kimi yaxşı yerli qapıçının olduğunu görürəm. Başqa yeni oyunçulardan kimisə qeyd edə bilmərəm. Amma komanda oynayır. Növbəti AÇ-yə qədər yeni oyunçular gəlməsə, çətin olacaq.

- Rusiya Xorvatiya ilə heç-heçə oynamasaydı (2:2), 1/4 finalda keçmiş və indiki komandalarınız qarşılaşa bilərdi. Bu qarşılaşmanın baş tutmasını istəyərdiniz?
- Bunu tək mən yox, bütün komandamız istəyirdi. Bu, İtaliyaya qarşı oynamaqdan yaxşıdır. Əminəm ki, sizin yığmanızda da Rusiya ilə qarşılaşmaqdansa, Qazaxıstanla üz-üzə gəlməyi istəyərdilər. Ümid edirəm ki, yarımfinalda qarşılaşarıq.

- Sizcə, Azərbaycan yığmasının Rusiya ilə oyundakı şansları nə dərəcədə yüksəkdir?
- Çox çətin olacaq. Rusiya güclü komandadır. Amma bu, Azərbayan yığmasının şansının olmadığı anlamına gəlmir. İtaliyaya qarşı oynadığınız kimi mübarizə aparsanız, rusları keçmək olar. Amma Çexiyaya qarşı oynadığınız kimi çıxış etsəniz, turniri tərk edəcəksiniz.

azerisport.az





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah