"Azərbaycanla matçda daha baxımlı oyun sərgiləyəcəyik"

Futzal üzrə Rusiya yığmasının müdafiəçisi İvan Milovanov Avropa çempionatının 1/4 finalında qarşılaşacaqları Azərbaycanla oyun haqda danışıb.

Newsport.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Milovanov millimizlə görüşdə daha baxımlı oyun sərgiləməyə çalışacaqlarını bildirib:

"Biz son oyunlardan nəticə çıxarmağa çalışırıq. Azərbaycanla oyuna hazırlaşmaq üçün vaxtımız var. 1/4 finalda daha baxımlı oyun sərgiləməyə çalışacağıq. Meydanda bütün gücümüzü qoyaraq özümüzə və bizi dəstəkləmək üçün Belqrada gələn azarkeşlərə qələbə bəxş etmək istəyirik".

Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan - Rusiya oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qol.Az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right