Millimiz Avropa çempionatının 1/4 finalında!

Serbiyanın paytaxtı Belqradda Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatrına görə, "D" qrupunda iki oyun keçirən və bu matçlarda 3 xal toplayan millimizdə gözlər İtaliya - Çexiya önünə yönəlmişdi. Məsələ burasındadı ki, bu matçda İtaliya qalib gələcəyi təqdirdə millimiz 1/4 finala yüksələcəkdi. Az öncə başa çatan qarşılaşmada İtaliya Çexiyanı darmadağın edib - 7:0.

Bununlada aktivində 3 xalı olan millimiz qrup ikincisi kimi 1/4 finala yüksəlib. 

Milli komandamız bu mərhələdə Rusiya ilə üz-üzə gələcək. Fevralın 9-da baş tutacaq görüş Bakı vaxtı ilə 21:30-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right