"Avropa çempionatında hər hansı bir səhvi rəqib bağışlamır"- Millimizin kapitanı

Serbiyanın paytaxtı Belqradda futzal üzrə "Avro-2016"nın final mərhələsinin oyunları davam edir.Tino Perezin komandası bu dəfə Çexiya ilə üz-üzə gəlib. Çətin keçən qarşılaşma millimizin 6:5 hesablı qələbəsi ilə başa çatıb.Millimizin kapitanı  Rizvan Fərzəliyev  Newsport.az saytına oyun haqda bunları bildirib: 

"Gərgin oyun oldu. Qrupdan çıxmaq üçün sonuncu şansımız idi. Qələbə qazanmalı idik və öhdəsindən gələ bildik.İlk dəqiqalərdən çalişdıq üstünlüyü əla alaq buna da nail olduq.Rəqib qapısından 2 top keçirmişdik. Sadəcə olaraq ani səhvlərdən qapımızda qol gördük.Bildiyiniz kimi Avropa çempionatında hər hansı bir səhvi rəqib bağışlamır.Sadəcə qələbə qazanmaq istəyirsənsə bacardığın qədər az səhv etməlisən.Ancaq ümumi taktiki baxımdan çexlər elə də üstün deyildi. Şadam ki, sonda qələbəni əldə etdik. Bizə dəstək olan azarkeşlərə, bizi televiziya vasitəsilə izləyən tamaşaçılara minnətdarlığımızı bildiririk".

R.Fərzəliyev Çexiya yığmasının cavan futzalçılardan təşkil olunduğunu söyləyib:

"Qaçmağa üstünlük verirlər. Ancaq deməzdim ki, taktiki baxımdan hazırlıqlı komandadır. Biz ustalıq baxımından rəqibdən üstün idik. Ümid edirəm ki, İtaliya Çexiyanı məğlub edər və biz qrupdan çıxarıq. Oyundu, hər şey ola bilər. Ancaq biz üstünlüyü İtaliyaya veririk. Qrupdan çıxıb rəqibimizi gözləyəcəyik. Avropa çempionatında zəif rəqib olmur. Oyunlara qələbə əzmi ilə çıxırıq".

Müdafiəçi bildirib ki, komanda hücumçu Amadeu Fernandes da Silvanın yoxluğunu hiss etdirməyib: "Amadeunun yeri görünürdü. Lakin rəqib o qədər də güclü deyildi. Bu səbəbdən o olmadan da qələbə qazandıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right