Yığmamızın qapıçısı Avropa çempionatında rekorda imza atıb

Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli Serbiyada keçirilən Avropa çempionatında rekorda imza atıb.
Newsport.az saytının məlumatına görə, 25 yaşlı qolkiper İtaliya ilə qarşılaşmanın ilk yarısında 15 zərbəni dəf edib.
Bununla da Hüseynli Rusiya və Qazaxıstan yığmalarındakı həmkarları Qustavo ilə İgitanı geridə qoyub. Əslən braziliyalı hər iki çərçivə qoruyucusu oyun ərzində cəmi 11 "seyv" edə bilib. Onlar Rusiyanın Qazaxıstanı 2:1 hesabı ilə yendiyi C qrupunun ilk tur matçında fərqləniblər.
Qeyd edək ki, İtaliya - Azərbaycan matçı ikiqat Avropa çempionlarının qələbəsi ilə yekunlaşıb - 3:0. 
Report




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right