"Azərbaycanda gözəl bilirlər ki, yerli oyunçularla nəyəsə nail olmaq mümkün deyil"

Futzal üzrə Ukrayna yığmasının baş məşqçisi Aleksandr Kosenko əcnəbi oyunçuların milliləşdirilməsindən danışarkən Azərbaycan yığması barədə də söz açıb.

Newsport.az saytının məlumatına görə, o, yerli mətbuata müsahibəsində bunları söyləyib:

"Dünya çempionatının seçmə mərhələsi çərçivəsində qrup birincisi olan yeddi komanda arasında ancaq Ukrayna yığmasında braziliyalı futzalçı yoxdur. Hətta çoxmilyonlu Rusiya yığması da braziliyalılarsız ötüşə bilmir. Belə olan halda İtaliya və Portuqaliya yığmasında bu cür halların yaşanmasını başa düşmək olar. Yaxud da Azərbaycan və Qazaxıstan yığmalarını götürək. Onlar gözəl başa düşürlər ki, yalnız öz oyunçuları ilə heç nəyə nail ola bilməzlər. Amma biz əksini göstərdik. Bizim öz istedadlarımız var".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right