Azərbaycan Xorvatiya ilə sülh bağlasa da, qrup lideri oldu

Futzal üzrə Azərbaycan milli komandası bu gün dünya çempionatının əsas seçmə mərhələsi çərçivəsində son matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, yığmamızın rəqibi 2-ci qrupun oyunlarına ev sahibliyi edən Xorvatiya olub.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki oyunlarında İsveçə 8:2, Belarusa isə 7:2 hesabıyla qalib gəlmişdi. Xorvatiya isə Belarusa 4:7 hesabıyla uduzub, İsveçə 5:1 qalib gəlib.

Komandamıza son oyunda qrup liderliyini təmin etmək üçün hətta heç-heçə də bəs edir. Futzalçılarımız bir neçə dəfə bu oyunda hesabda önə keçsələr də, sonda tərəflər heç-heçəyə razılaşıblar. Bu, Azərbaycanın əsas seçmə mərhələni qrup qalibi kimi başa vurmasına şərait yaradıb.

DÇ-nin əsas seçmə mərhələsi
2-ci qrup
13 dekabr

Azərbaycan - Xorvatiya - 4:4 (1:0)
Qollar
: S.Çuykov, 5 (1:0). F.Yelovçiç, 24 (1:1). Amadeu, 28 (2:1). V.Borisov, 29 (3:1). Y.Suton, 29 (3:2). Y.Qrçiç, 37 (3:3). V.Borisov, 37 (4:3). K.Qrbeşa, 38 (4:4).
Osiyek. "Dvorana Qradski" stadionu.

Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo, 15. Rafael, 9. Auqusto, 10. Amadeu.
Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 3. Zeynal Zeynalov, 8. Rizvan Fərzəliyev (k), 2. Samir Həmzəyev, 4. Ramiz Çovdarov, 5. Fineo de Araujo, 14. Vitali Borisov, 17. Andre, 18. Sergey Çuykov.
Xorvatiya: 20. Franko Biliç, 3. Yakov Qrçiç, 10. Tihomir Novak, 7. Franko Yelovçiç, 11. Yosip Suton.
Ehtiyat oyunçular: 1. İvo Jukiç (k), 2. Vedran Matoşeviç, 4. Kristian Qrbeşa, 13. Renato Koturoviç, 16. Toni Yelaviç, 6. Saşa Babiç, 8. Dario Marinoviç, 9. Andrey Pandureviç, 17. Luka Periç.

20:00. İsveç - Belarus - 2:2

Qrupdakı vəziyyət: Azərbaycan - 7, Belarus - 4, Xorvatiya - 4, İsveç - 1.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right