Millimiz yerində saydı

Futzal üzrə yığma komandaların yeni dünya reytinqi açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisi mövqeyini qoruyub.
Komandamız hesabındakı 1369 reytinq xalıyla yenə də 13-cü pillədə qərarlaşıb. 
Millimizin AÇ-2016-nın final mərhələsindəki rəqiblərindən İtaliya 1726 xalla 4-cü, Çexiya isə 1396 xalla 11-cidir.
Dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimizin sıralaması isə belədir: Xorvatiya – 16-cı yer (1344), Belarus – 21 (1224) və İsveç – 62 (893).

Qeyd edək ki, reytinqə hesabında 1922 xalı olan İspaniya başçılıq edir. Braziliya (1909) və Rusiya (1746) isə ilk "üçlüy"ü qapayır.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right