Azərbaycan yığmasının rəqibləri müəyyənləşdi

Futzal üzrə Azərbaycan yığması dekabrda Xorvatiyada keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunlarının hazırlığına başlayıb.

Newsport.az-ın məlumatına görə, Toni Peresin çalışdırdığı millimiz Bakıda iki mərhələli təlim-məşq toplanışı keçəcək.

Birinci toplanış noyabrın 17-nə qədər davam edəcək. Həmin gün komandamız Azərbaycan klublarının futbolçularından ibarət yığma ilə yoxlama matçına çıxacaq.

İkinci hazırlıq mərhələsi isə bu ayın 23-dən başlayacaq və noyabrın 30-na qədər davam edəcək. Həmin müddət ərzində yığmamız Moldova ilə iki yoxlama görüşü keçirəcək. Amma həmin oyunların dəqiq tarixləri hələ müəyyənləşməyib.

Qeyd edək ki, bütün məşqlər və yoxlama oyunları Bakı İdman Sarayında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right