Millimizin Avropa Çempionatındakı rəqibləri müəyyənləşdi

Bu gün futzal üzrə AVRO-2016-nın final mərhələsinin püşkatma mərasimi keçirilib.

Newsport.az saytının məlumatına görə, millimizin də aralarında yer aldığı 12 iştirakçı 4 qrupa bölünüb.
 
Qrupların tərkibi ilə tanış olun:
A qrupu: Serbiya, Portuqaliya, Sloveniya
B qrupu: İspaniya, Ukrayna, Macarıstan
C qrupu: Rusiya, Xorvatiya, Qazaxıstan
D qrupu: İtaliya, Çexiya, Azərbaycan
 
Göründüyü kimi, Azərbaycan millisi ardıcıl 4-cü dəfə qatılacağı final mərhələsində D qrupunda mübarizə aparacaq. 3-cü səbətdə yer alan yığma komandamızın bəxtinə titulun son shaibi İtaliya və Çexiya milliləri düşüb. Tino Peresin yetirmələri ilk oyununu fevralın 3-də 1-ci səbətdən çıxan son Avropa çempionu İtaliyaya qarşı keçiriləcək. Fevralın 5-də isə millimiz Çexiya ilə qarşılşacaq. 
 
Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutan komandalar ayın 8-9-da 1/4 finalda gücünü sınayacaq. Fevralın 11-də yarımfinal, 13-də isə 3-cü III yer uğrunda qarşılaşma və final matçı baş tutacaq.
 
Qeyd edək ki, Avropa Çempionatı gələn il fevralın 2-dən 13-dək Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right