“Baku United” UEFA Kubokuna hazırlaşır

İngiltərədə fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” Futzal Klubu UEFA Futzal Kubokunun əsas mərhələsi çərçivəsinə hazırlıqlarını davam etdirir.
Newsport.az-ın məlumatına görə,İngiltərədə son üç mövsümün çempionu olan “bakılılar” adı çəkilən ölkəni Avropada təmsil edəcək.

“Baku United” elit raunduna çıxmaq uğrunda F qrupunda Xorvatiyanın “Nasional”, Macarıstanın “Gyor” və Belarusun “Lida” klubları ilə mübarizə aparacaq. Sentyabrın 29-da start götürəcək oyunlar Macarıstanda keçiriləcək.

Hazırda “Baku United” yenidən strukturlaşdırılma mərhələsini yaşayır. Belə ki, əsas resurslar uşaq və gənclər komandalarının inkişafına yönəldilib. Buna baxmayaraq, “Baku United” yenə də iddiasını saxlamaqdadır. 

Klubun İctimaiyyətlə əlaqələr üzrə direktoru Elşən İsmayılovun bununla bağlı fikirləri belədir: “Məlum olduğu kimi, Azərbaycan bu mövsümdə UEFA Kubokunda təmsil olunmayıb. Təbii ki, bu, müvəqqəti bir çətinlikdir. Amma əminik ki, azərbaycanlı futzal həvəskarları Avropada “Baku United”ə azarkeşlik edəcək. Doğma Bakımızın adını daşıyan komandamız əsasən gənclərdən ibarət olsa da, amma bu adı yüksək daşımağa çalışacaq. Hazırda klubumuzun birinci komandasında müəyyən çətinliklər olsa da, biz yenə də həm Avropada, həm də İngiltərədə iddiamızı saxlamaqdayıq”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right