Millimiz yerində saydı: reytinq cədvəli açıqlandı

FİFA futzal üzrə yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığması siyahıda əvvəlki mövqeyində qalıb.

Belə ki, komandamız 1372 xalla 13-cü pillədə qərarlaşıb. Millimizin AÇ-2016-ya vəsiqə uğrunda Slovakiyaya qarşı keçirdiyi pley-off oyunlarındakı uğuru (3:1, 1:1) bizə 18 reytinq xalı qazandırıb.
 
İlk üçlükdə qərarlaşan komandalar isə bunlardır: İspaniya (1922), Braziliya (1900), Rusiya (1746).




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right