"Molde"nin baş məşqçisi: "Qarabağ" böyük klubdur"

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Molde"nin baş məşqçisi Erlinq Moe bu gün mətbuat konfransında iştirak edib. 

Newsport.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

"Qarabağ" üç il əvvəllə müqayisədə inkişaf edib. İndi rəqibimiz daha güclüdür. Sabah yaxşı oyun olacağına inanıram. "Qarabağ"ın tarixi ilə də maraqlanmışam. Rəqibin baş məşqçisi çox uğurludur. "Qarabağ" böyük komandadır".

- Üç il əvvəl Bakıya gəlməkdən qorxmuşdunuz. Bəs indi necə?

- Həmin vaxtı baş verənlərin səbəblərinə baxmaq lazımdır. O vaxt koronavirus pandemiyası var idi və ədalətli qərar matçın neytral meydanda keçirilməsi oldu. Bakıda bir neçə gün keçirməyi planlaşdırırıq. Hava limanından şəhərə gözəl yollarla gəldik. Məncə, ölkənizlə qürur duya bilərsiz. Sabahkı oyuna gəldikdə, rəqibdən qorxmuruq. "Qarabağ"la oyunu səbirsizliklə gözləyirik.

- Bir tərəfdə Skandinaviya futbolu, digər tərəfdə tiki-taka. “Qarabağ”ın qarşısını almaq üçün nələri planlaşdırmısız?

- Mənim üçün özünəinam önəmli faktordur. Nəyisə inkişaf etdirmək istəyirsənsə, özünəinam olmalıdır. Sabah özümüz olmağa çalışacağıq. "Qarabağ"la matçda geriyə çəkilib, müdafiə olunaraq əks-hücumlara bel bağlamağı planlaşdırmırıq. İstəyirik ki, sabah "Qarabağ"a qarşı rəqabət göstərək. Üstünlüyümüz özümüzün olmağıdır.

- Çempionlar Liqasının pley-off mərhələsində "Qalatasaray" səddinə ilişdiniz. Bu komanda ilə "Qarabağ" arasında fərqi qeyd edə bilərsiz?

- Əslində, daha çox oxşardırlar. Əsas fərq "Qalatasaray"da böyük adların olmasıdır. "Qarabağ"da isə daha çox birlik var. Böyük klub olmağın başlanğıcındadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right