"Molde" Bakıya itkilərlə gəlir

Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"ın rəqibi olan "Molde"nin heyətində ciddi itkilər var.

Newsport.az xəbər verir ki, Norveç təmsilçisinin müdafiəçisi Martin Linnes və yarımmüdafiəçi Erlinq Knudtson zədə səbəbindən Bakıdakı matçda iştirak etməyəcək. Bu barədə yerli mətbuatı məlumat yayıb.

Hər iki oyunçu Çempionlar Liqasının pley-off mərhələsinin "Qalatasaray"la cavab görüşündə sıradan çıxıb.

Qeyd edək ki, "Qarabağ" - "Molde" qarşılaşması 21 sentyabr tarixində saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right