“Qarabağ” yenə “İdman” TV-ni seçdi

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab matçını yayımlayacaq telekanal dəyişib.

Newsport.az-ın məlumatına görə, əvvəlcə “CBC Sport”la razılaşan Ağdam klubu sonradan fərqli qərar qəbul edib.

Azarkeşlər avqustun 31-də keçiriləcək oyunu “İdman” TV telekanalı vasitəsilə izləyə biləcəklər. Oyun saat 20:00-da başlayacaq.

Avqustun 24-də Lyublyanada keçirilən ilk oyunun yayım hüququna malik olan “İdman” TV matçı yalnız 69-cu dəqiqədən etibarən canlı təqdim etmişdi. “Qarabağ” ilk matçda 2:0 hesablı qələbə qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right