Bu gün UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, turnirdəki təmsilçimiz "Qarabağ" da meydana çıxacaq.
Ağdam klubu Bakıda Finlandiya HİK-ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
10 avqust
Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
20:00. “Qarabağ” (Azərbaycan) - HİK (Finlandiya) 2:1
Qollar: Leandro Andrade, 55, Juninyo, 85 - Olusanya, 77
Baş hakim: Roi Reinshreiber (İsrail)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu