HİK-in "Qarabağ"la oyunlar üçün heyəti

Finlandiyanın HİK klubu Avropa Liqası III təsnifat mərhələsinin "Qarabağ"la oyunları üçün iştirak ərizəsini açıqlayıb.

Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, Helsinki təmsilçisi Azərbaycan çempionu ilə görüşlər üçün 24 futbolçu sifariş edib. Onlardan 2-si qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qapıçılar: 1. Yesse Est, 85. Niki Myaenpyaya

Müdafiəçilər: 2. Tuomas Ollila, 3. Nikolas Hyamyalyaynen, 4. Yoona Toyvio, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 15. Miro Tenho, 22. Yukka Raytala, 27. Kevin Kuassivi-Benissan

Yarımmüdafiəçilər: 8. Filip Roqiç, 10. Lukas Linqman, 14. Matti Peltola, 18. Topi Keskinen, 19. Aleksi Paananen, 23. Pyuryu Soyri, 24. Georgios Kanellopulos, 34. Maksim Styopin, 56. Perparim Hetemay

Hücumçular: 7. Santeri Hostikka, 9. Boyan Raduloviç, 11. Roope Riski, 29. Entoni Olusanya, 37. Atomu Tanaka

Qeyd edək ki, "Qarabağ"la HİK arasında qarşı ilk oyun avqustun 10-da Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Helsinkidə baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right