Avropa Liqasının finalından öncə "Roma"ya şad xəbər

"Roma" Avropa Liqasının final görüşündə "Sevilya" ilə üz-üzə gələcək.

Newsport.az-ın məlumatına görə, həlledici oyun ərəfəsində İtaliya klubunun aparıcı oyunçusu komandaya qoşulub. Belə ki, bir müddətdir zədə səbəbindən kollektivdən uzaq qalan Paulo Dibala sağalıb. Argentinalı gücumçu finalda oynamağa hazırdır.

Paulo Dibala "Roma"ya mövsümün əvvəlində keçib. 29 yaşlı forvard paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 36 matçda 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Avropa Liqasının final qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da Macarıstanın oaytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right