"Yuventus"un kapitanı üçün 500-cü matç

Avropa Liqasının yarımfinal mərhələsinin "Sevilya"ya (1:1) qarşı görüşü "Yuventus"un kapitanı Leonardo Bonuççi üçün əlamətdar olub. 

Newsport.az xəbər verir ki, bu, italiyalı üçün 500-cü görüş kimi tarixə keçib.

İspaniya klubu ilə görüşdən əvvəl isə Bonuççiyə 500 rəqəmi yazılı simvolik forma hədiyyə edilib.

"Yuventus" formasında 500 oyunda meydana çıxmış Bonuççi 37 qol vurub və 10 məhsuldar ötürmə edib. O, səkkiz dəfə ölkə çempionu olub, üç dəfə İtaliya kubokunu və beş dəfə Superkubokunu qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right