“Qarabağ” azarkeşləri hücuma məruz qaldı

Yunanıstanda "Olimpiakos"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununu izləmək üçün stadiona gələn "Qarabağ" azarkeşləri hücuma məruz qalıb.

Newsport.az-ın Yunanıstana ezam olunan xüsusi müxbiri xəbər verir ki , 20 yaxın tərəfdar yerli fanatların təzyiqi ilə üzləşib.

 

Yalnız polsilərin müdaxiləsindən sonra azarkeşlərin təhlükəsizliyi təmin olunub. İnsidentin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edilib.

 

"Qarabağ"ın məsələyə qarışmasından sonra isə tərəfdarlar daha təhlükəsiz sektora keçirilib.

 

Qeyd edək ki, "Georgios Karaiskakis" stadionunda oynanılacaq "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hacı Mərdan/Afina, Yunanıstan

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right