Filip Ozobiç: "Bu cür davam etməliyik"

"Qarabağ"ın futbolçusu Filip Ozobiç Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"a 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib:

"Yaxşı qələbə oldu. Amma nəzərə almaq lazımdır ki, bu, hələ qrupdakı ikinci oyunumuz idi. Qrupda daha 4 matçımız qalıb. Bu cür davam etməliyik. "Nant" böyük komandadır. Heyətində güclü futbolçular var. Rəqabətli liqada çıxış edirlər. Amma bu oyunda biz yaxşı futbol sərgilədik və layiqli qələbə qazandıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right