"Hər oyun daha da inkişaf edirik" - Marko Yankoviç

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Nant"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, komandasının 3-cü qolunun müəllifi əvvəlcə matç barədə fikirlərini bildirib.

- Qələbə qazanacağımıza ümidliydik. Nəticə bunu göstərir. Hər oyun daha da inkişaf edirik. Bu olduqca vacibdir. Turnirdə rəqiblərimiz güclüdür. Öz meydanımızda yaxşı oyun sərgilədik. Yaxşı başlamasaq da, dəqiqələr ötdükcə oyunu ələ almağı bacardıq. Qələbədən məmnunuq. Komanda yoldaşlarımı təbrik edirəm. 

- Psixoloji olaraq motivasiyanız nə idi?

- Xüsusi bir şey deyə bilmərəm. Ümumilikdə, böyük beşlik liqaların komandalarına qarşı oynamaq böyük təcrübədir. Onlar sənə çox şans yaratmağa imkan vermirlər. Geniş sahədə oynamağa şərait yaratmırlar. Bu isə olduqca çətindir. İlk 15-20 dəqiqədə düşünürəm ki, komandalar bir-birini təhlil edirdilər. Biz çox təzyiq göstərmədik. Rəqib də xüsusi nəsə edə bilmədi. Dəqiqələr irəlilədikcə oyunu ələ ala bildik. 

- Bu oyunda möhtəşəm qol vurdunuz. Zərbə vurarkən bu zərbənin qol olacağını düşünürdünüz?

- Bəli, mən zərbə vuranda, bunun qol olacağını gözləyirəm. Bəzən şansları qaçırsam da, bu gün qol vurduğum üçün xoşbəxtəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right