Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu ada Almaniyanın “Ayntraxt” klubunun yarımmüdafiəçisi Ansqar Knauff layiq görülüb.

20 yaşlı oyunçu evdə İspaniya “Barselona”sı ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə baxımlı qola imza atıb.

Avroliqada həftənin ən yaxşı oyunçusu adına Portuqaliya “Braqa”sından Abel Ruis, İtaliya “Atalanta”sının qapıçısı Xuan Musso, və Lion “Olimpik”indən (Fransa) Tanquy Ndombele də namizəd idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right