HİK-in futbolçusu: "Neftçi"nin 2-3 futbolçusu var ki, onları neytrallaşdırmalıyıq"

HİK-in yarımmüdafiəçisi Lukas Lingman Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Neftçi"yə qarşı keçiriləcək cavab oyunu haqda danışıb.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı futbolçu matçla bağlı bu cür danışıb: “Komandada yaxşı əhval-ruhiyyə hökm sürür. Bunu məşqlərdə də hiss etmək mümkündü. “Neftçi” ilə oyunu hamı gözləyir. Hamımız böyük məsuliyyətlə hazırlaşırıq. Bərabərsəviyyəli oyun olacağını gözləyirəm.

“Neftçi”nin heyətində 2-3 oyunçu var ki, onları neytrallaşdırmalıyıq. Yoxsa, onlar öz güclü tərəflərini göstərə bilər. Biz öz oyunumuzu oynayırıq. Kompakt, güclü komandayıq. Həm yaxşı müdafiə olunub, həm də müxtəlif cür hücumlar qururuq.

“Neftçi”yə qarşı yaxşı oyun olacaq. Yerli publikanın dəstəyi çox önəmlidi. Ümidvaram ki, bu gün böyük dəstək olacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right