"Vilyarreal"ın futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

La Liqanın 11-ci turunda "Real Sosyedad"la matçda (1:1) zədələnən "Vilyarreal"ın futbolçusu Karlos Bakka tibbi müayinədən keçib.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı  hücumçunun sol ayaq əzələsində yırtıq aşkarlanıb. Onun bərpa müddətinin vəziyyətindən asılı olacağı bildirilib.

İspaniya mətbuatı isə kolumbiyalı oyunçunun ən azı 3-4 həftə meydanlardan uzaq qalacağını yazıb. Bu isə o deməkdir ki, Bakka Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"la ev oyununu da buraxmalı olacaq.

Qeyd edək ki, dekabrın 10-da İspaniyada keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right