"Sivasspor"un aparıcı üzvləri "Qarabağ"la oyunu buraxacaq

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda sabah "Qarabağ"la qarşılaşacaq "Sivasspor"un koronavirusa yoluxan 7 futbolçularından 3-ü hücumçudur.

Newsport.az məlumatına görə, bu barədə "Daily Sabah" məlumat yayıb.

Baş məşqçi Rıza Çalımbay bugünkü mətbuat konfransında testi müsbət çıxan futbolçuların adlarını açıqlamasa da, sözgedən nəşr hücumçular Faysal Facr, Mustafa Yatabare və Olarenvayu Kayodenin yoluxma səbəbindən Ağdam klubu ilə görüşü buraxacağını yazıb.

Əsas heyət üzvü olan hər üç futbolçu Sivas təmsilçisinin aparıcı oyunçularıdır. Qrup mərhələsində "Sivasspor"un 6 qolundan üçünü nigeriyalı forfard Kayode vurub.

Xatırladaq ki, noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq  "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right