Rıza Çalımbay: "Qarabağ"la oyun finala bərabərdi"

"Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"a qarşı keçirəcəkləri matçdan öncə fikirlərini bölüşüb.

Newsport.az məlumatına görə, o, oyunöncəsi mətbuat konfransında bunları söyləyib:

"Qarabağ"a qarşı matç bizim üçün finala bərabərdi. Yola davam etmək istəyiriksə, mütləq qələbə qazanmalıyıq. Koronavirusa görə heyətdə ciddi problemlər var. Buna baxmayaraq oyunçular hər şeylərini ortaya qoyacaq. Görüşün İstanbulda olması yaxşıdı. Amma Azərbaycan da bizim məmləkətimizdi. Ötən turda "Qarabağ"la matçda bunu hamı gördü. İstəyirik ki, növbəti mərhələyə vəsiqə qazanaq. Bütün futbolçulara inanıram".

Çalımbay Azərbaycanın cəbhə bölgəsindəki qələbəsi barədə danışıb: "Onlar nə qədər xoşbəxtsə, biz də o qədər xoşbəxtik. Matç dostluq oyunu kimi gerçəkləşəcək. İki qardaş oyuna çıxacaq. Amma qələbə qazanmaq istəyirik. Azərbaycan çətin dönəm yaşadı. Qələbə münasibəti ilə onları təbrik edirəm".

Sabah İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Bu komandalar arasında Sivasda keçirilmiş ilk oyunda meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right