"Bununla bağlı yekun qərar bu həftə ərzində bilinəcək” - Əmrah Çəlikəl

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində son ev oyununu Bakıda keçirə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə apasport.az-a Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib.

Klub rəsmisi V tur çərçivəsində İsrail təmsilçisi Təl-Əviv “Makkabi”sini paytaxtda qəbul etmək niyyətində olduqlarını söyləyib.

Çəlikəl hətta UEFA-ya rəsmi müraciət ünvanladıqlarını da vurğulayıb: “Əslində, “Sivasspor”la oyunu da Bakıda keçirmək istəyirdik.

Ancaq UEFA matçın İstanbulda baş tutmasını qərara aldı. “Makkabi”ni paytaxtımızda qəbul etmək istədiyimizi UEFA-ya bildirmişik. Bununla bağlı yekun qərar bu həftə ərzində bilinəcək”.

“Qarabağ” – “Makkabi” oyunu dekabrın 3-də keçiriləcək. Azərbaycan çempionu qrupda “Vilyarreal”ı (İspaniya) “Başakşəhər Fatih Terim” stadionunda qəbul edib və 1:3 hesabı ilə məğlub olub.

Qurban Qurbanovun komandası noyabrın 26-da Türkiyə təmsilçisi “Sivasspor”la ev matçını da həmin arenada keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right