"Sivasspor"un prezidenti: "Qarabağ"la növbəti matçda da qələbə istəyirik"

“Əvvəlki matçlarda daha yaxşı oynasaq da, qələbə qazana bilməmişdik. Bu gün istədiyimiz nəticəni əldə etdik”.

Newsport.az-ın məlumatına görə, bu fikirləri “Sivasspor”un prezidenti Mecnun Otyakmaz Avropa Liqasının qrup mərhələsinin III turunda evdə “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

55 yaşlı funksioner Çempionlar Liqasının III turunda İngiltərə “Mançester Yunayted”ini 2:1 hesabı ilə məğlub edən “Başakşehir”i təbrik edib:

“Onların qələbəsi bizə motivasiya verdi. “Qarabağ”a qarşı növbəti matçda da qalib gəldikdən sonra İsrailin paytaxtı Təl-Əvivdə “Makkabi”ni üstələyib qrupdan çıxmaq istəyirik”.

Qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da olacaq. Ağdam klubu ölkədəki hərbi vəziyyətə görə ev oyunlarını neytral meydanda keçirir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah