"28 il əvvəl doğulduğum torpağa qayıdıram" - Qara Qarayev

“Qarabağ”ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Sivasspor”la keçirəcəkləri matçdan əvvəl Türkiyənin “TRT Spor” kanalına müsahibə verib.

Newsport.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi bunları deyib:

“Yaxşı komandaya qarşı oynayacağıq. Düşünürəm ki, “Sivasspor” yaxşı dövrlərini yaşayır. Bizi çətin matç gözləyir. İki oyundur ki, İstanbulda çıxış edirik. “Sivasspor”la səfər oyunu üçün İstanbula gəldiyimiz andan polislərdən tutmuş hər kəs bizə xüsusi diqqət göstərir. Bizim burada heç bir tərəfdən çətinlik çəkməməyimiz üçün əllərindən gələni edirlər. Buna görə də qardaş ölkənin polislərinə, vətəndaşlarına sevgi, hörmətimi və təşəkkürlərimi çatdırıram. Özümüzü yad insan kimi hiss etmədik. Bu gün daha sıx münasibətlərimiz var. Biz onsuz da qardaş ölkəyik. Amma məncə, “Sivasspor”la matç da bizim qardaşlığımızı daha da bağlayacaq.

Hazırda cəbhədə baş verənlərlə bağlı onu demək istərdim ki, mən 1992-ci ildə Füzulidə anadan olmuşam. Mən 28 il öz torpağıma, doğulduğum kəndə gedə bilməmişəm. Çox şükürlər olsun ki, bu gün Azərbaycan ordusu belə böyük qüruru və sevinci bizə yaşada bilir. Uzun illər torpaqlarımız işğal altında idi. Bu o demək deyil ki, Azərbaycan milləti, ordusu, dövləti qorxaqdır və ya nədənsə çəkinir. Biz yalnız məsələlərin sülh yolu ilə həll olunmasını gözləyirdik. Amma mövcud durum bizim o torpaqları müharibə ilə azad etməyimizə gətirib çıxardı. Mən bu qüruru Azərbaycan xalqına yaşatdığı üçün orumuza təşkkür edirəm. Daha sonra dövlətimizə, ölkə rəhbərimizə, bir və bərabər olduğu üçün millətimizə təşəkkür edirəm. Bu haqq yolunda başda qardaş Türkiyə olmaqla, bizi dəstəkləyən bütün insanlara, ölkələrə öz minnətdarlığımı bildirirəm. Biz işğalçı deyilik, öz vətənimizin içində vuruşuruq və mən 28 il əvvəl doğulduğum torpağa qayıdıram”.

Qeyd edək ki, bu gün “Yeni 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” görüşü Bakı vaxtı ilə 21:55-də başayacaq.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right