"Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq” - Qara Qarayev

"Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Sivasspor"la oyun öncəsi keçirilən mətbuat konfransında fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o bildirib ki, Türkiyə təmsilçisi ilə matç ağır səfərlərindən biridir:

"Rəqib də bizim kimi xal qazanmayıb. Hər iki komanda xal qazanmaq üçün meydana çıxacaq. “Sivasspor” haqqında xoş sözlər deyə bilərəm. Komanda olaraq rəğbətimizi qazanan bir kollektivdir. Sabah bizim üçün çətin olacaq, amma əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right