"Sivasspor" - "Qarabağ" oyununun hakimləri

Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək "Sivasspor" - "Qarabağ" matçının təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, UEFA bu qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib.

Görüşün baş hakimi Joao Pinyeyro olacaq. Ona yan xətlərdə Tyaqo Joze Pereyra Kosta və Pedro Ribeyro kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yanko Yoan Vasilitsa yerinə yetirəcək.

Bolqarıstandan olan Georgi Yordanov hakim-inspektor, gürcüstanlı Nikoloz Jqarkava UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Noyabrın 5-də Sivasdakı "Yeni 4 Eylül" stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right