İstanbulda “Qarabağ”a möhtəşəm dəstək

Avropa Liqasının “Vilyarreal”a qarşı dünənki matçından (1:3) əvvəl İstanbulda “Qarabağ” komandasına dəstək verilib.

Newsport.az-ın məlumatına görə, qardaş ölkədə yaşayan azərbaycanlılar, eləcə də Türkiyə vətəndaşları komandanın qaldığı otelin qarşısına toplaşıblar. Burada Qarabağ və Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı şüarlar səsləndirən azarkeşlər komandanı avtomobillərlə matçın keçirildiyi Başakşehir Fatih Terim stadionuna qədər müşayiət ediblər.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən fanatlar matça buraxılmayıblar.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında azarkeşlərin verdiyi dəstəkdən razı qaldıqlarını söyləyib.


 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right